Messinin cangüdəni illik bu qədər qazanır - Məbləğ açıqlandı

16:18 - 22 Avqust 2025

Messinin cangüdəni illik bu qədər qazanır - Məbləğ açıqlandı

MLS-in "İnter Mayami" komandasında çıxış edən argentinalı futbol ulduzu Lionel Messinin 3 ildir şəxsi mühafizəçisi olan Yassine Çeukonun illik gəliri açıqlanıb.


Manset.az bu barədə İspaniyanın məşhur "AS" qəzeti məlumat yayıb.

Məlumata görə, Yassine Çeuko, Messi ilə işləyən şəxsi mühafizəçi olaraq, illik 3,5 milyon avro qazanır. Keçmiş hərbçi olan Çeuko, həmçinin, həftədə üç gün istirahət etmək hüququna malikdir, şəxsi avtomobili və evi var. Məhdudiyyətsiz xərcləmə azadlığına sahibdir.

Bununla yanaşı, MLS rəhbərliyi bir müddət əvvəl Çeukonun meydançaya daxil olmasına qadağa qoymuşdur. Qadağanın səbəbi olaraq, Çeukonun azarkeşlərə qarşı zorakı davranışları göstərilmişdir.

Yassine Çeuko, Messinin təhlükəsizliyini təmin etməklə yanaşı, bir çox yüksək riskli və mürəkkəb vəziyyətlərdə öz peşəkar bacarıqlarını tətbiq etmək məcburiyyətindədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az