Ankaranın Kızılcahamam Yakakaya ərazisində Hataydan İstanbula hərəkət edən sərnişin avtobusu yanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, sürücü yanğını görüb və avtobusu qəza zolağında saxlayaraq 36 sərnişini təxliyyə edib. Xilasetmə və yanğınsöndürmə işləri ilə alov söndürülüb.
Avtobusda olan Turqay Olqar, "Çətinliklə maşını saxlaya bildik və sərnişinləri təxliyyə etdik, şükür ki, itki yoxdur," deyib.
Sərnişin Veysel Özgür isə, "Yanğın başladığı anda dərhal təxliyyə edildik, şükürlər olsun, heç bir xəsarət almadıq," qeyd edib. Maddi ziyanla bağlı araşdırmalar davam edir.