Rusiya ilə Ukrayna arasında müharibə yaxın altı ay ərzində bitəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin vitse-prezidenti Devid Vens çıxış edib.
"İndi məni narahat edən odur ki, bizim aktiv diplomatiya ilə məşğul olan, qanı dayandırmağa çalışan prezidentimiz var. Nə olursa olsun, istər üç aydan, istərsə də altı aydan sonra, ümid edirəm ki, müharibə çox gec olmadan bitəcək".
O, həmçinin əlavə edib ki, Ukraynanın sərhədlərinin yekun şəkildə müəyyən edilməsi Ukrayna xalqının hüququ olaraq qalmalıdır.