Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello, ölkənin Kolumbiya sərhədinə 15 min əsgər və polis məmuru yerləşdiriləcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kabello, təhlükəsizlik qüvvələrinin Zulia və Taçira əyalətlərində yerləşdiriləcəyini qeyd edərək, bu əməliyyatların qısa müddətdə başlanacağını vurğulayıb.
Nazir, sərhədin hər iki tərəfindəki sülhün təmin olunması məqsədilə Kolumbiya hökumətindən də dəstək istədiyini bildirib.
Kabello, son bir neçə həftə ərzində həyata keçirilən əməliyyatları şərh edərək, 480-dən çox uzun və qısa lüləli silahın ələ keçirildiyini və 2025-ci ildə 52 tondan çox narkotik maddənin müsadirə edildiyini açıqlayıb. O, narkotiklərlə mübarizənin yalnız müvəqqəti olmadığını, əslində köklü bir mübarizə olduğunu qeyd edib.