İkinci Dünya Müharibəsində batan gəmilər tapıldı

11:24 - 27 Avqust 2025

İkinci Dünya Müharibəsində batan gəmilər tapıldı

Solomon Adalarında aparılan beynəlxalq ekspedisiya zamanı İkinci Dünya Müharibəsinə aid 13 döyüş gəmisinin qalıqları aşkarlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Okean Kəşfiyyatı Trestinin rəhbərlik etdiyi, E/V Nautilus tədqiqat gəmisi ilə həyata keçirilən 22 günlük araşdırma zamanı əvvəllər sənədləşdirilməmiş dörd gəmi ilk dəfə görüntülənib. Bunlara USS New Orleans kreyserinin burun hissəsi və Yaponiyanın Teruzuki esminesi daxildir.

Digər qalıqlar arasında USS Vincennes, Astoria, Quincy, Northampton, Laffey, DeHaven, Preston, Walke, Avstraliyanın HMAS Canberra və Yaponiyanın Yudachi esminesi də var.

Araşdırmada DriX adlı pilotsuz cihaz və sualtı robotlar istifadə olunub. Dəniz dibinin 1000 kvadrat kilometrdən çox sahəsi xəritələnib, bir neçə yeni dağıntı sahəsi müəyyən edilib.

Qeyd edək ki, Iron Bottom Sound bölgəsi 1942-ci ildə beş böyük dəniz döyüşünün mərkəzi olub. Bu döyüşlər zamanı 111-dən çox gəmi, 1450 təyyarə məhv olub və 20 mindən çox insan həlak olub.

ABŞ Dəniz Tarixi və İrs Komandanlığının direktoru Samuel J. Koks bu tapıntını "dənizçilərin cəsarətini xatırlamaq üçün fürsət" adlandırıb və qeyd edib ki, bu araşdırmalar tarix elminə töhfə verəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az