Bu ölkədə daşqınlar nəticəsində 30 nəfər öldü

11:39 - 27 Avqust 2025

Bu ölkədə daşqınlar nəticəsində 30 nəfər öldü

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, leysan yağışlar bölgədə ciddi fəlakətlərə səbəb olub.

Nəticədə 30 nəfərin öldüyü, çoxsaylı infrastruktur obyektlərinin isə zərər gördüyü bildirilir.

Təbii fəlakət körpülərin dağılmasına, elektrik enerjisinin və telekommunikasiya xidmətlərinin kəsilməsinə səbəb olub. Dəmir yolu və avtomobil yollarında hərəkət məhdudlaşdırılıb, bəzi yollar bağlanıb, bir çox qatar reysləri isə ləğv edilib.

Xilasetmə əməliyyatları çərçivəsində daşqınlardan zərər görən ərazilərdən 3500-dən çox sakin təxliyə olunub.

Bölgədəki bütün məktəblər avqustun 27-dək bağlanıb, imtahanlar isə təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az