Hindistanda bina çökdü - 17 nəfər öldü

14:42 - 28 Avqust 2025

Hindistanda bina çökdü - 17 nəfər öldü

Hindistanın Maharaştra ştatında dördmərtəbəli binanın çökməsi nəticəsində azı 17 nəfər həyatını itirib, 9 nəfər isə xəsarət alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilir.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, binanın qeyri-qanuni şəkildə inşa edildiyi iddia olunur. Faktla bağlı binanın podratçısı artıq saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az