Ərdoğan və Zelenski arasında telefon danışığı oldu

16:29 - 28 Avqust 2025

Ərdoğan və Zelenski arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Rabitə İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Ukrayna münasibətləri, Ukrayna ilə Rusiya arasında sülh prosesi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, Alyaska və Vaşinqtondakı təmasları yaxından izləyirlər. O, vurğulayıb ki, Türkiyə müharibənin qalıcı sülhlə başa çatması üçün səylərini davam etdirir və sülhün təmin olunacağı təqdirdə Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcək.

Telefon danışığı zamanı Ərdoğan, Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, tərəflər arasında danışıqların gücləndirilməsinin və davam etdirilməsinin vacibliyini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az