Sudanın qərbindəki Marra dağlarında baş verən torpaq sürüşməsi nəticəsində bir kənd tamamilə məhv olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sudan Azadlıq Hərəkatı/Ordusu (SLM) azı 1000 nəfərin həlak olduğunu, yalnız bir nəfərin sağ qaldığını bildirib.
SLM lideri Əbdülvahid Nurun sözlərinə görə, hadisə avqustun 31-də güclü yağışlardan sonra baş verib. Hərəkat beynəlxalq təşkilatlara müraciət edərək yardım istəyib.
Sudanda davam edən vətəndaş müharibəsi fonunda Darfur bölgəsində humanitar vəziyyət daha da ağırlaşıb. On minlərlə insan ölüb, milyonlarla insan köçkün düşüb. Yardımın bölgəyə çatdırılması ciddi çətinliklərlə üzləşir.