İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 63 min 633 nəfərə çatıb.
Manset.az xəbər verir ki, son 24 saatda 76 nəfər həyatını itirib, 281 nəfər yaralanıb.
Səhiyyə Nazirliyi bildirib ki, martın 18-dən bu yana İsrail hücumlarında 11 min 502 nəfər ölüb, 48 min 900 nəfər yaralanıb. Humanitar yardım məntəqələrinə edilən hücumlarda isə mayın 27-dən bəri 2 min 306 nəfər ölüb.
Bundan əlavə, İsrailin sərhədləri bağlaması səbəbindən aclıq davam edir. Son 24 saatda 3-ü uşaq olmaqla 13 fələstinli aclıqdan ölüb. Ümumilikdə, 7 oktyabrdan bəri aclıqdan ölənlərin sayı 361 nəfərdir.