Toy faciəyə çevrildi – Bəy infarktdan öldü

12:30 - 03 Sentyabr 2025

Toy faciəyə çevrildi – Bəy infarktdan öldü

İtaliyanın Bornasko şəhərində toy mərasimi faciə ilə nəticələnib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı Antimo Squillace nikahdan bir neçə saat sonra keçirilən şənlik zamanı qəfil halı pisləşərək dünyasını dəyişib.

Hadisə Montebello della Battagliadakı bağ evində baş verib. Gəlini Federika Vespo onu otaqda huşsuz vəziyyətdə taparaq yardım çağırıb. Təcili tibbi yardım briqadası tərəfindən bir saat ürək masajı edilsə də, Antimonun həyatını xilas etmək mümkün olmayıb.

Bəyin bacısı Valentina bildirib ki, onun heç bir sağlamlıq problemi olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az