Kremlin sözçüsü Dmitri Peskov, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların səviyyəsi artırılarsa, bu müzakirələrin İstanbul formatında davam etdirilməli olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov, həmçinin Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək cəhdlərini şərh edərək, xarici hərbi birləşmələrin Ukraynanın təhlükəsizliyini təmin edə bilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanəti yalnız Ukraynanın deyil, həm də Rusiyanın maraqlarını nəzərə alaraq verilməlidir.
"Düşünürəm ki, təhlükəsizlik zəmanəti həm Ukraynaya, həm də bizə verilməlidir," - deyə Peskov qeyd edib.