Rusiya Xəzərdə irimiqyaslı təlimlərə başladı

22:09 - 14 Sentyabr 2025

Rusiya Xəzərdə irimiqyaslı təlimlərə başladı

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizində komanda-qərargah təlimlərinə başlayıb.


Manset.az xəbər verir ki, Donanmanın mətbuat xidmətinin məlumatına görə, təlimlərə 15-dən çox döyüş gəmisi, eləcə də təyyarə və sahil raket kompleksləri cəlb olunub.

Praktiki hissədə Xəzər dənizində dayaq rayonlarının və dəniz təsərrüfat fəaliyyəti zonalarının müdafiəsi, pilotsuz kater və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi üzrə hərəkətlərin məşq edilməsi planlaşdırılır.

Ümumilikdə silahların praktiki tətbiqi ilə 25-dən çox döyüş təlimi nəzərdə tutulub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az