Trampdan yeni hücum siqnalı - Açıq-açıq təhdid etdi

12:45 - 15 Sentyabr 2025

Trampdan yeni hücum siqnalı - Açıq-açıq təhdid etdi

ABŞ prezidenti Donald Tramp Venesuelanı narkotik kartellərinə qarşı mübarizəsinə görə növbəti dəfə hədələyib və bu ölkəyə qarşı yeni hücumlara işarə edib.



Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti Tramp Nyu Yorkdan paytaxt Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarının cari hadisələrlə bağlı suallarını cavablandırıb.

Tramp bəyan edib ki, ABŞ və Venesuela arasında gərginliyə səbəb olan “narkotik kartelləri ilə mübarizə” üçün Karib dənizi bölgəsinə göndərilən Amerika dəniz qüvvələri öz vəzifələrini davam etdirəcək.

"Venesueladan həddən artıq çox narkotik gəlir. İçəri girən Araqua bandası üzvlərinin qatarı çoxdur. Onlar çıxmağa çalışırlar lakin biz onları sərhəddə uğurla dayandırırıq" - deyən Tramp həm narkotik, həm də bandalarla mübarizə üçün bu tədbirləri gördüklərini fəxrlə dilə gətirib. 

“Venesuelaya daha çox hücum gözləyirsinizmi?” sualına cavab verən Tramp, Karib dənizində narkotiklə əlaqəli gəmiləri aşkar etdikləri müddətcə hücumlara davam edəcəkləri mesajını verdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az