Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp Ağ Evdə görüşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsində çox sayda insanın həyatını itirdiyini qeyd edən Tramp, “Prezident Zelenski də müharibənin bitməsini istəyir və biz bunu burada həll etməliyik” - deyib.
Zelenski isə öz növbəsində Trampın sülhə vasitəçilik edə biləcəyinə inandığını bildirib və əlavə edib: “Biz Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturtmalıyıq”.