Vanda 2 qrup arasında atışma - Ölən var

23:55 - 17 Oktyabr 2025

Vanda 2 qrup arasında atışma - Ölən var

Vanın Özalp rayonunda iki qrup arasında naməlum səbəbdən dava düşüb. Atışma zamanı 1 nəfər ölüb, 19 nəfər yaralanıb.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Aşağı Ayazca məhəlləsində baş verib. İlkin məlumata görə, iki qrup arasında naməlum səbəbdən, silahdan istifadə edilərək baş verən davada 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Yaralılar əraziyə sövq edilən təcili yardımla Özalp Dövlət Xəstəxanasına aparılıb. Jandarma qüvvələri məhəllədə geniş təhlükəsizlik tədbirləri aldı, hadisə ilə bağlı geniş araşdırma başladılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az