Türkiyənin Samsun şəhərində qadın dünyaya gətirdiyi körpəni zibilə atıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Digər uşaqlarım eşitməsin deyə hamamda parçaya bükdüm" - deyən qadın körpənin öldüyünü biləndə onu plastik torbada zibilə atdığını bildirib.
Hadisə İlkadım rayonu Fevzi Çakmak Məhəlləsində baş verib. İddiaya görə, daha əvvəl evli olub boşanmış 3 uşaq anası 41 yaşlı H.C. hamiləliyini gizlədərək evdə təkbaşına dünyaya gətirib.
İddiaya görə, doğuşdan sonra xəstələnən H.C. oktyabrın 14-də Samsun Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına müraciət edib. Xəstəxanada aparılan müayinələr zamanı qadının doğum etdiyi məlum olub.