İzmirin Bayraklı rayonunda evdə baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Doğançay məhəlləsində 7197-ci küçədə yerləşən fərdi evdə naməlum səbəbdən partlayış baş verib.
Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib.
Evdə olan 75 yaşlı M.D. yaralanıb. O, təcili yardımla İzmir Şəhər Xəstəxanasına aparılıb.
Partlayışın gücündən evin damı uçub, evin yanındakı biznes əmlaklarına ziyan dəyib.