Rusiya ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşünə heç bir maneənin olmadığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov paytaxt Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Ryabkov Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq prosesinə toxunaraq deyib:
"Sammitə hazırlıqlar davam edir. Bu hazırlıqlar müxtəlif formalarda ola bilər. Biz hesab edirik ki, diqqət işin məzmununa yönəlməlidir. Biz bunu verilən göstərişlərə uyğun olaraq həll edirik. Mən sammitin keçirilməsinə heç bir maneə görmürəm. İki liderin Ankoricdəki sammitində müəyyən etdiyi parametrləri ətraflı şəkildə izah etmək lazımdır. Bu prosesin çətin olduğunu başa düşməliyik".