İsrail ordusu Qəzza zolağının mərkəzinə zərbələr endirib.
Manset.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, yeni zərbələrin məqsədi radikalların hücumunun qarşısını almaq olub.
Xatırladaq ki, oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında müharibənin bitdiyini elan edib. Razılaşma çərçivəsində HƏMAS son israilli girovları azad edib. İsrail isə öz növbəsində 1966 fələstinli məhbusu sərbəst buraxıb.