ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, bunu o, Asiya turnesi çərçivəsində Malayziyaya gedərkən təyyarədə jurnalistlərə açıqlayıb.
"Biz razılaşma əldə edəcəyimizdən əmin olmalıyıq", - deyə Amerika lideri Putinlə nə vaxt görüşməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.