Ərzurumdan Qarsa ördək ovlamaq üçün gələn ata tüfəngindən atəş açarkən ehtiyatsızlıqdan 16 yaşlı oğlu M.A.K.-ı vurub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sinəsindən ağır yaralanan M.A.K.-ı bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb. Jandarma qüvvələri atanı saxlayıb, hadisədə istifadə edilən tüfəng isə müsadirə edilib.
Məlumata görə, Ərzurumun Oltu rayonundan ördək ovlamaq üçün Qarsın Səlim rayonuna gələn qrup ördək ovuna başlayıb. Ov zamanı 53 yaşlı M.K. əlindəki tapança işə düşən zaman ehtiyatsızlıqdan oğlu M.A.K.-ı vurub.