“Zərbələrin coğrafiyasını genişləndirəcəyik” - Zelenski

22:58 - 27 Oktyabr 2025

“Zərbələrin coğrafiyasını genişləndirəcəyik” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ərazisinə yönələn uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirəcəyini bildirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident aparatı məlumat yayıb.

Zelenski bildirib ki, son dövrdə həyata keçirilən uzaqmənzilli hücumların effektivliyi təhlil olunub və yeni istiqamətlər müəyyən edilib:

“Uzaqmənzilli zərbələrimizin nəticələrini dəyərləndirdik və onların tətbiq coğrafiyasını genişləndirmək tapşırığı verdik”.

Bundan əlavə, iclas zamanı Zelenskiyə Rusiyanın Ukrayna energetika obyektlərinə endirdiyi hücumlarla bağlı məruzə də təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər komandanı Robert Brovdi (Madyar) Belqorod su anbarına hücumun məsuliyyətini üzərinə götürmüşdü.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az