Amerikalı iş adamı İlon Mask yeni layihəsi olan Grokipedia onlayn ensiklopediyasını təqdim edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı milyarder iş adamı İlon Mask yeni platformanın bəşəriyyət üçün “sivilizasiya üçün həlledici addım” olduğunu və “kainatı dərk etmək yolunda vacib” olduğunu bildirib. Qeyd edilib ki, Grokipedia-da məzmun " Grok " adlı süni intellekt tərəfindən yoxlanılır və istifadəçilər məzmunu birbaşa redaktə edə bilmir, lakin dezinformasiyanın aşkarlanması üçün təkliflər verə bilərlər.
Bəzi Grokipedia səhifələrində məzmunun "Vikipediyadan uyğunlaşdırıldığını" və Creative Commons Attribution-ShareAlike 4.0 lisenziyası altında paylaşıldığını bildirən qeyd var. Mask bildirib ki, o, ilin sonuna qədər Grokipedia-nın Wikipedia-dan məzmun çəkməsini dayandırmağı hədəfləyir.