DƏHŞƏT! Türkiyədə 7 mərtəbəli bina uçdu

10:50 - 29 Oktyabr 2025

DƏHŞƏT! Türkiyədə 7 mərtəbəli bina uçdu

Kocaelinin Gebze rayonunda 7 mərtəbəli bina uçub. Binanın yaxınlığında metro tikintisinin getdiyi bildirilir.

Manset.az Mövlana məhəlləsindəki İssıkgöl küçəsində 7 mərtəbəli bina hələ məlum olmayan səbəbdən uçub. Binanın birinci mərtəbəsində aptek yerləşirdi.

Xəbər verildikdən sonra hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Yanğınsöndürənlər, AFAD (Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi) və axtarış-xilasetmə qrupları çökən binanın dağıntıları altında xilasetmə əməliyyatına başlayıb. Komandalar hələ də dağıntılar altından keçməyə çalışırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az