"Can Holdinq" araşdırması İrana qədər uzandı

15:12 - 31 Oktyabr 2025

\"Can Holdinq\" araşdırması İrana qədər uzandı

Can Holdinqlə bağlı aparılan istintaq şübhəlilərin İrandakı əlaqələrini araşdırır. İranın Ədliyyə Nazirliyinə holdinq şirkətlərinin məsul şəxsləri ilə bağlı davam edən araşdırmaların olub-olmadığını araşdırmaq üçün məktub yazıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Can Holdinq”in vəzifəli şəxsləri barəsində “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “qurumlu təşkilata üzv olmaq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” və “xüsusi fırıldaqçılıq” maddələri ilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.

İstintaq çərçivəsində aparılan araşdırmada İranda holdinqə aid bir tütün fabriki olduğu müəyyən edilib.

Bu kontekstdə Ədliyyə Nazirliyi İranın Ədliyyə Nazirliyinə məktub yazıb, İranda holdinq rəsmilərinə qarşı araşdırma olub-olmadığını və əgər varsa, müvafiq sənədlərin məhkəmə yolu ilə göndərilməsini istəyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az