Tramp bu ölkə liderini TƏHDİD ETDİ - "Az vaxtın qalıb!"

11:05 - 03 Noyabr 2025

Tramp bu ölkə liderini TƏHDİD ETDİ - \"Az vaxtın qalıb!\"

ABŞ prezidenti Tramp canlı televiziyada Venesuela prezidenti Nikolas Maduronun günlərinin sayılı olduğunu bildirib və ondan ölkəyə hərbi hücum edib-etməyəcəyi ilə bağlı suala, "Bunun doğru olub-olmamasından asılı olmayaraq, mən bunu sizə deməyə meylli deyiləm. Bunu jurnalistlərə demirəm" cavabını verib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun günlərinin sayılı olduğunu bəyan edib. Tramp CBS-nin “60 Minutes” verilişində sualları cavablandırıb.

ABŞ-ın Venesuela ilə müharibə edib-etməyəcəyi ilə bağlı suala Tramp, "Mən buna şübhə edirəm, düşünmürəm. Amma onlar bizimlə çox pis rəftar edirlər, təkcə narkotiklə deyil, yüz minlərlə insanı həbsxanalarından, psixi sağlamlıq müəssisələrindən ölkəmizə buraxıblar ki, bunu istəmirik" - deyə cavab verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az