İstanbulda gənc qadın yandırılıb.
Manset.az xəbər verir ki, 33 yaşlı Gözde Yılmaz, dostları ilə oturduğu vaxt S.G.A. adlı bir qadın tərəfindən üzərinə yandırıcı maddə tökülərək yandırılıb. Yılmaz ağır yanıq xəsarətləri ilə Kartal Lütfi Kırdar Şəhər Xəstəxanasına çatdırılıb.
Yılmaz bildirib ki, onu yandıran şəxs onun uşaqlıq dostu D.Y.-nin qız dostudur və aralarında heç bir konflikt olmayıb. O, həmçinin xəstəxanada da təhdid mesajları aldığını deyib.
Polis tərəfindən qısa zamanda tutulmuş S.G.A həbs olunub. Araşdırma davam edir.