Güclü maqnit qasırğası gözlənilir 

13:38 - 11 Noyabr 2025

Güclü maqnit qasırğası gözlənilir 

Yerə plazma buludlarının yaxınlaşması ilə əlaqədar noyabrın 12-də Yerdə çox güclü maqnit qasırğaları gözlənilir. G4 (çox güclü-red.) səviyyəli maqnit qasırasğı il ərzində sayca üçüncü belə qasırğa olacaq.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Təkrar hesablamalar noyabrın 11-dən 12-ə keçən müddətdə, Günəşdə 9-10 noyabr tarixlərində baş vermiş yüksək səviyyəli partlayışlardan sonra Yerə ard-arda iki günəş plazması kütləsinin yaxınlaşdığını təsdiqləyir. Model hesablamalar göstərir ki, iki “zərbə” arasında bir neçə saatlıq interval olacaq.

Birinci hadisənin təsiri bu gün Moskva vaxtı ilə saat 18:00–20:00 (Bakı vaxtı ilə 19:00-21:00) aralığında başlayaraq G1–G2 səviyyəsində qasırğalar və Yer kürəsinin şərq yarımkürəsində intensiv qütb parıltıları yaradacaq, ikinci – daha güclü – plazma buludu isə planetə gecə və ya noyabrın 12-si səhər saatlarında çata bilər və G3–G4 diapazonunda maqnit qasırğasının zirvəsini formalaşdıracaq”, - məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az