Avropa Komissiyası, WhatsApp-ı Digital Xidmətlər Qanunu (DSA) çərçivəsində "Çox Böyük Çevrimiçi Platform" (VLOP) olaraq təsnif etməyə hazırlaşır.
Manset.az-ın "Bloomberg"ə istinadən məlumatına görə, Komissiya hələ rəsmi açıqlama verməsə də, bu qərar Meta şirkətinə bildirilmişdir.
Yeni status, Avropa İttifaqı (Aİ) ölkələrində WhatsApp-a daha çox nəzarət imkanı verəcək. Xüsusilə məzmun nəzarəti, məlumat paylaşımı, şəffaf reklam siyasətləri və illik müstəqil audit məcburiyyətləri kimi sahələrdə WhatsApp yeni tənzimləmələrə tab olacaq.
Bu qərar gözlənilən bir addım idi. WhatsApp, 2024-cü ilin ikinci yarısında Aİ sərhədləri daxilində ortalama 46,8 milyon aylıq istifadəçiyə çatdığını bildirmişdi. DSA qanununa görə, bir platformanın aylıq aktiv istifadəçi sayı 45 milyon nəfəri keçərsə, o, VLOP olaraq təsnif olunur.
Qeyd edək ki, bu təsnifat yalnız WhatsApp-ın açıq kanal funksiyaları üçün keçərlidir və istifadəçilər arasındakı şəxsi mesajlaşma gizliliyinə təsir etməyəcək.