Qardaş ölkədə güclü zəlzələ

14:28 - 15 Dekabr 2025

Qardaş ölkədə güclü zəlzələ

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 12:20-də qeydə alınıb. AFAD-dan verilən məlumatda, zəlzələnin dərinliyinin 7 kilometr olduğu bildirilib.

İlk məlumatlara əsasən, hər hansı bir dağıntı və ya zərər olmadığı qeyd edilib. Vətəndaşlar isə zəlzələnin təsirini hiss etdiklərini açıqlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az