Maşınla hovuza düşdülər - Qəribə qəza

23:24 - 15 Dekabr 2025

Maşınla hovuza düşdülər - Qəribə qəza

Fransada baş verən maraqlı yol-nəqliyyat hadisəsində 38 yaşlı qadın avtomobilinin qaz və əyləc pedallarını səhv saldığı üçün nəqliyyat vasitəsi ilə qapalı üzgüçülük hovuzuna düşüb. Hadisə zamanı avtomobildə olan 5 yaşlı qız övladı da anası ilə birlikdə ciddi təhlükə ilə üzləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransada qeydə alınan ağlasığmaz hadisə zamanı ana avtomobil üzərində nəzarəti itirərək 5 yaşlı qızı ilə birlikdə qapalı üzgüçülük hovuzuna daxil olub. Bildirilir ki, sürücü qaz və əyləc pedallarını qarışdırıb, nəticədə avtomobil binanın şüşə fasadını sındıraraq hovuzun mərkəz hissəsində suya batıb.

Hadisə Fransanın La Sio­ta şəhərində yerləşən bələdiyyəyə məxsus qapalı üzgüçülük hovuzunda baş verib. Jaguar XF markalı avtomobili ilə obyektə daxil olan qadın sürücü idarəetməni itirərək binanın şüşə fasadını yarıb və birbaşa avtomobili ilə hovuzun içinə düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az