ABŞ-da teror hücumu siqnalı

22:18 - 15 Dekabr 2025

ABŞ-da teror hücumu siqnalı

ABŞ-ın Ədliyyə naziri Pam Bondi Federal Təhqiqat Bürosunun (FBI) Los-Anceles və Orinc dairələrində ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşlarına və nəqliyyat vasitələrinə qarşı bir sıra bombalı terror hücumları planlaşdıran qrupun fəaliyyətinin qarşısını aldığını və 4 nəfərin saxlanıldığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bombalı terror aktının qarşısı alınıb. Ədliyyə naziri Pam Bondi bildirib ki, FBI Kaliforniya ştatının Los-Anceles və Orinc dairələrində ICE əməkdaşlarını və onların avtomobillərini hədəf alan bir neçə bombalı hücum planını ifşa edib. Onun sözlərinə görə, “ifrat solçu, hökumət əleyhinə və antikapitalist mövqeyi ilə tanınan ‘Turtle Island Liberation Front’ adlı qrup Yeni il gecəsindən etibarən Kaliforniyada bir neçə obyektə qarşı silsilə partlayışlar törətməyə hazırlaşırdı. Qrup eyni zamanda ICE agentlərini və xidmət avtomobillərini də hədəf seçmişdi”.

Terror planı ilə əlaqədar Odri İllin Kerroll, Zakari Aaron Peyc, Dante Qaffild və Tina Lay adlı 4 nəfər Kaliforniya ştatının San-Bernardino şəhərində saxlanılıb. Onlar cinayət məqsədli sövdələşmə aparmaqda və qeydiyyatsız partlayıcı qurğular saxlamaqda ittiham olunurlar.

İstintaq materiallarına əsasən, qrup Yeni il gecəsi Los-Anceles bölgəsində beş ayrı nöqtəyə partlayıcı qurğular yerləşdirməyi planlaşdırıb. Şübhəlilərin hücuma “Operation Midnight Sun” adını verdiyi, hazırladıqları əl istehsalı bombaları dekabrın 12-də Mojave səhrasında sınaqdan keçirməyi nəzərdə tutduqları bildirilib. FBI-nın partlayıcı qurğular tam hazırlanmazdan əvvəl şübhəlilərə müdaxilə etdiyi qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az