Tramp "Green kart"ı dayandırdı

11:19 - 19 Dekabr 2025

Tramp \"Green kart\"ı dayandırdı

ABŞ ölkədə qan tökülməsinə səbəb olan iki hücumdan sonra "Green Kart" müraciətlərini qeyri-müəyyən müddətə dayandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Daxili Təhlükəsizlik Katibi Kristi Noem, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) tərəfindən həyata keçirilən Müxtəliflik Vizası proqramının Donald Trampın əmri ilə dayandırıldığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü, Braun Universiteti və MIT kampuslarında baş verən kütləvi atışmalardan sonra bu qərarı verib.

Daxili Təhlükəsizlik Katibi Kristi Noem sosial şəbəkə platforması X-də verdiyi açıqlamada, "Belə cinayətkarlar heç vaxt ölkəmizə buraxılmamalı idi" - ifadəsini yazıb. Noem bildirib ki, Trampın əmri ilə USCIS proqramı dayandırılıb və bu, ölkənin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az