Türkiyənin Kütahya şəhərində 23 şagird zəhərlənmə şübhəsi ilə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Manset.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Qeyd olunub ki, bəzi şagirdlərdə şokolad yedikdən sonra ürəkbulanma və qusma qeydə alınıb.
Şübhəli məhsullardan nümunələr götürülərək ekspertiza olunub, hadisənin səbəbləri araşdırılır.