Qazaxıstanda ölüm hökmü rəsmən ləğv olundu

18:13 - 29 Dekabr 2021

Qazaxıstanda ölüm hökmü rəsmən ləğv olundu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğv olunması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda qərar imzalayıb.

Manşet.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qəbul olunan dəyişikliklər ölüm hökmünün Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.

Qanuna dəyişiklik Qazaxıstanın 2021-ci ilin yanvarında ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az