Türkiyəli məşhur müğənni və UNICEF Uşaq Hüquqları Müdafiəçisi Hadisənin Ramazan ayında etdiyi bağış videosunda Türkiyəni Qəzza və Sudanla eyni vəziyyətə qoyması etirazlara səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, etirazlardan sonra Hadisə bu məsələ ilə bağlı açıqlama verib:
O, açıqlamasında, "Ramazan ayında hər kəsin qəzəb dolu cümlələrdən və düşmənçilik hisslərindən uzaq durmasını arzulayıram. Mənim dualarım daha ədalətli bir dünyada, bütün uşaqların bərabər şəraitdə, təhlükəsiz və sevgi ilə yaşaya biləcəyi bir gələcəkdə görüşməkdir", - deyib.