Meksikada vəziyyət pisləşir - 55 nəfər həyatını itirdi

14:07 - 24 Fevral 2026

Meksikada vəziyyət pisləşir - 55 nəfər həyatını itirdi

Meksikada Jalisco Yeni Nəsil Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu El Menchonun öldürülməsindən sonra baş verən çaxnaşmalar davam edir. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr fonunda 25-i təhlükəsizlik əməkdaşı olmaqla 55 nəfər həyatını itirib.

Meksika Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Naziri Omar Garcia Harfuch mövzu ilə bağlı mətbuata verdiyi açıqlamada El Menchonun öldürülməsindən sonra 16 əyalətdə zorakılıq hadisələrinin baş verdiyini bildirib.

O, həmçinin 11 əyalətdə 85 avtomobil yolunun bağlandığını, lakin təhlükəsizlik qüvvələrinin işləri sayəsində əsas yolların tamamilə normallaşdığını bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az