"United States Central Command" (CENTCOM) İranın döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının vurulduğu hava zərbələrinin görüntülərini yayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qurum İranın döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının məhv edildiyi hava zərbələrinə dair videogörüntüləri ictimaiyyətə açıqlayıb.
Açıqlamada İran rejiminin ballistik raketlərdən məsuliyyətsiz şəkildə istifadə etməsinin və onları yaymasının onilliklərdir ABŞ və müttəfiqləri üçün təhlükə yaratdığı iddia olunub. Bəyanatda vurğulanıb: “Hazırda ABŞ Prezidenti Donald Trumpın göstərişi ilə ABŞ qüvvələri bu təhlükəni aradan qaldırır”.