İran Prezidenti Məsud Pezeşkian Məcid ibn əl-Rzanı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin edib.
Manset.az Report-a istinadən xəbər verir ki, əvvəllər İran XİN-i müdafiə naziri general-leytenant Əziz Nasırzadənin həlak olduğunu təsdiqləmişdi.
Ondan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi və Müdafiə Şurasının katibi admiral Əli Şəmxani də həlak olublar.