SEPAH-dan qarşı tərəfə sərt XƏBƏRDARLIQ

13:59 - 20 Mart 2026

SEPAH-dan qarşı tərəfə sərt XƏBƏRDARLIQ

Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü ölkənin enerji infrastrukturuna edilən hücumlarla bağlı qarşı tərəfə sərt xəbərdarlıq edib.


Manset.az-ın məlumatına görə, sözçü bildirib ki, İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə böyük səhv ediblər və bu addıma cavab hələ tamamlanmayıb.

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İranın əvvəlcə münaqişəni enerji obyektlərinə qədər genişləndirmək niyyəti olmayıb və dost qonşu ölkələrin iqtisadiyyatına zərər vermək istəməyib. Lakin düşmənin enerji infrastrukturlarına hücumundan sonra vəziyyət faktiki olaraq yeni müharibə mərhələsinə daxil olub.

    "Düşmənə xəbərdarlıq edirik ki, siz İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə böyük bir səhvə yol vermisiniz. Əgər bu təkrarlanarsa, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna hücumlar tamamilə məhv edilənə qədər dayanmayacaq. İranın cavabı indiyə qədər edilən hücumlardan daha şiddətli olacaq”, - deyə qərargahının rəsmisi İbrahim Zülfüqari bəyanat yayıb


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az