"Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğası həyata keçirildi

16:16 - 29 Mart 2026

\"Gerçək vəd – 4\" əməliyyatının 86-cı dalğası həyata keçirildi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğasını həyata keçirib.


Manset.az İran mediasına istinadən xəbər verir ki, bu barərə SEPAH məlumat yayıb.

"ABŞ-nin "Viktoriya" (İraqda yerləşir), "Arifcan" (Küveytdə yerləşir), Əl-Dafra (BƏƏ-də yerləşir) və Əl-Xərc (Səudiyyə Ərəbistanında yerləşir) bazalarına hava zərbələri endirilib", - məlumatda bildirilib və qeyd olunub ki, hücumlarda raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından (PUA) da istifadə edilib.

Əlavə olunub ki, "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğasında İraqın Ərbil şəhəri atəşə tutulub:

"Daha sonra ABŞ ordusunun bölgədəki məntəqələrinə zərbələr endirilib. ABŞ-nin 5-ci Dəniz Donanması hədəfə alınıb. İsrailin Nəqəb, Arad və Təl-Əviv şəhərləri bombalanıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az