Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Manset.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, regional və qlobal proseslər, ABŞ və İsraillə İran arasında davam edən münaqişə və bu münaqişədə mümkün atəşkəs səyləri müzakirə olunub.
Türkiyə mətbuatı qeyd edib ki, Türkiyə-Misir-Pakistan-Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşünə qatılan Hakan Fidan Pakistanda görüşlərini davam etdirir.