ABŞ-nin İranla quru əməliyyatı başlatacağına dair iddialar gərginliyi artırarkən ABŞ Prezidenti Donald Tramp, "Hürmüz Boğazı'nın nəzarətini ələ keçirməyə başladığımızı", - deyə bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 28 fevral tarixində ABŞ və İsrailin İranı bombalaması ilə başlayan müharibənin başlamasından bir ay ötür. Müharibənin gərginliyi artarkən ABŞ-nin İran qarşısında quru əməliyyatı başladacağı iddia edilib. Bu iddiaların yayılmasının ardından İran tərəfindən də müzakirələrə dair açıqlamalar verilərkən arxa planda bir quru əməliyyatı planı hazırlandığı bildirilir.
3 min 500 dəniz piyadası daşıyan ABŞ Donanmasına məxsus "USS Tripoli" amfibiya hücum gəmisinin Yaxın Şərqə çatması ABŞ-nin İranla bağlı olası bir quru əməliyyatına hazırlaşdığını göstərən iddiaları gücləndirib.
Quru əməliyyatı və həmçinin neft tədarükü ilə strateji əhəmiyyətə malik Hark Adasına hərbi qüvvə çıxarılması ehtimalı gündəmi zəbt edərkən ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlama verib. İsrailin "Kanal 14"televiziya kanalına danışan Tramp, "ABŞ Hürmüz Boğazının nəzarətini ələ keçirəcəkmi?" sualına "Bəli, artıq baş verir." cavabını verib.
ABŞ Prezidenti, Financial Times qəzetinə verdiyi açıqlamada isə "Hark Adasını ələ keçirərək İranın neftini almağı üstün tutaram" - sözlərini işlədib. Atəşkəsin tez bir zamanda əldə oluna biləcəyini qeyd edən Tramp, "ABŞ və İran arasındakı danışıqlar Pakistan vasitəsilə dolaylı şəkildə baş tutub, yaxşı irəliləyirik" - deyib.