Türkiyənin Kahramanmaraş şəhərində səhər saatlarında mübahisə zəminində oğul öz atasının boğazını kəsərək öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Boğaziçi Məhəlləsindəki Kartepe Sahəsində baş verib.
İddiaya görə, narkotik asılısı olduğu deyilən 26 yaşlı Muhammet Ali Köşker 49 yaşlı atası Süleyman Köşker ilə narkotik istifadəsi üstündə mübahisə edib. Mübahisə zamanı Muhammet Ali Köşker atasına bıçaqla hücum edərək boğazını kəsib. Hadisədən sonra Muhammet Ali Köşker evdən qaçıb.