Pakistanın Xeyber Paxtunxva əyalətində baş verən güclü yağıntılar fəlakətlərə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yağışlar nəticəsində ilkin məlumatlara görə, 11 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
Güclü leysan yağışları yaşayış sahələrini su altında qoyub və yolların bağlanmasına səbəb olub.
Əyalətin bəzi bölgələrində ağaclar aşıb, infrastrukturun zədələndiyi bildirilib. Yerli hakimiyyət orqanları yağışların sürüşmələrə yol açdığını və bir çox əsas yolun hərəkətə bağlandığını qeyd edib.