Zelenski Körfəz ölkələri ilə milyon dollarlıq müqavilələr bağladı 

17:26 - 31 Mart 2026

Zelenski Körfəz ölkələri ilə milyon dollarlıq müqavilələr bağladı 

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərq turunda əhəmiyyətli müdafiə sazişlərinə imza atıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə hava müdafiə sahəsində əməkdaşlıq üçün görüşlər keçirən Zelenski bu sazişlərin milyardlarla dollar həcmində ola biləcəyini açıqlayıb.


Zelenskinin səfərinin əsas məqsədi Ukraynanı yalnız hərbi yardım alan bir ölkə olmaqdan çıxarıb, müharibə zamanı inkişaf etdirdiyi texnologiyaları ixrac edən bir oyunçuya çevirməkdir. Xüsusilə, Rusiya ilə müharibə zamanı inkişaf etdirilən aşağı xərcli dron müdafiə sistemləri Körfəz ölkələrinin marağını cəlb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az