Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Moskvaya işgüzar səfərini və Rusiya Prezidenti Vladimir Putinlə danışıqları uğurlu adlandırıb.
Manset.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bunu brifinqdə jurnalistlərə açıqlamasında deyib.
Paşinyan qeyd edib ki, tərəflər bir sıra istiqamətlərdə, xüsusilə mədəniyyət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə konkret razılaşmalar əldə ediblər.