"Hizbullah" səhvən Britaniya gəmisini atəşə tutub - KİV

08:30 - 06 Aprel 2026

\"Hizbullah\" səhvən Britaniya gəmisini atəşə tutub - KİV

Böyük Britaniyaya məxsus hərbi gəmi Şərqi Aralıq dənizi akvatoriyasında Livan ərazisindən atəşə tutulub.


Manset.az xəbər verir ki, məlumatı İsrailin TV 14 kanalı yayıb.

Hücumun "Hizbullah" təşkilatı tərəfindən həyata keçirildiyi iddia olunur.

Məlumata görə, gəmi raketlə vurulub. Bildirilir ki, Livan sahillərindən təxminən 70 dəniz mili məsafədə yerləşən gəmi səhvən İsrail gəmisi kimi qəbul edilib və bu səbəbdən atəşə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az