Hizbullahdan İsrailə raket hücumu 

10:18 - 10 Aprel 2026

Hizbullahdan İsrailə raket hücumu 

İsrail ərazisi növbəti dəfə raket hücumuna məruz qalıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkə ordusunun yaydığı məlumata görə, Hizbullahın Livan ərazisindən həyata keçirdiyi yeni raket hücumu səbəbindən İsrailin mərkəzi və cənub bölgələrində xəbərdarlıq siqnalları işə düşüb. Hərbi qurum hücumun qarşısının alındığını açıqlayıb.

Eyni zamanda, ölkənin cənubunda yerləşən Aşdod şəhərində erkən xəbərdarlıq sistemlərinin aktivləşdirildiyi bildirilib. Raketlərin Aşdod yaxınlığında zərərsizləşdirildiyi və ilkin məlumatlara görə hadisə nəticəsində xəsarət alan olmadığı vurğulanıb.

İsrail mətbuatının yazdığına görə, Hizbullahın son əks-həmləsi sərhəd bölgələrinə deyil, ölkənin daxili hissələrinə yönəlib. Bu isə davam edən qarşıdurma fonunda İsrail ərazisinin daha dərin nöqtələrini hədəf alan nadir hücumlardan biri kimi qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az